İsraillə “Həmas” arasında toqquşma!

Baxış sayı:
2656

İsrail əsgərləri ilə Həmas təşkilatının hərbi qanadı Elkassam Briqadaları arasında Qəzzanın Xan Yunus bölgəsində intensiv döyüşlər getdiyi bildirilib. Döyüş zamanı 6 Fələstinlinin şəhid olduğu, 7 Fələstinlinin isə yaralandığı qeyd edilib. Toqquşmalarda bir İsrail əsgərinin də öldürüldüyü müəyyənləşib.
 
Bölgədən verilən məlumata görə, bir israil əsgərinin də Elkassam Briqadaları tərəfindən əsir alındığı qeyd edilib.
 
Qəssam komandirlərinə qarşı keçirilən sui-qəsdlər fitili yandırdı
 
İsraildən xüsusi bir sui qəsd qrupu Xan Yunusa daxil olaraq iki Elkassam Briqada komandirinə qarşı keçirdiyi sui-qəsd toqquşmanın fitilini yandırıb. Müqavimət qruplarının cavab tədbirlərini davam etdiryi bildirilib. Müqavimət güclərinin İsrail qüvvələrini raket atəşinə tutduğu da gələn məlumatlar arasındadır.
Həmas-ın sözçüsü Fevzi Berhum, etdiyi açıqlamada, "İşğalçı İsrailin hücumlarına qarşı qəhrəman qüvvələrimiz ən sərt şəkildə cavab verəcək" deyə qeyd edib.
 
Netanyahu Fransa səfərini yarıda kəsdi
 
1-ci Dünya Müharibəsinin 100-ci ildönümü münasibətilə keçirilən proqram çərçivəsində Fransanın paytaxtı Parisdə olan İsrailin baş naziri Binyamin Netanyahunun, qarşıdurmalar səbəbindən səfərini yarıda kəsərək Təl-Əvivə qayıtdığı bildirilib.
Müxalifət.az