İsraillə Fələstin dirəniş qrupları arasında anlaşma

Baxış sayı:
4714

 Qəzzada Fələstinli müqavimət qrupları ilə İsrail arasında atəşkəs anlaşmasına varıldığı bildirilib.
 
“Həmas” Hərəkatına bağlı “əl-Aksa” televiziya kanalında verilən xəbərə görə, Fələstinli müqavimət qruplar ilə İsrail arasında atəşkəs razılaşmasına gəlinib.
Adını vermək istəməyən bir mənbəyə əsaslandırılan xəbərdə, atəşkəsin yerli vaxtla 04:30-da başlayacağı qeyd edilib.
Digər tərəfdən, Qəzzadakı silahlı qruplardan "Xalq Müqavimət Komitələri" adından açıqlama verən Əbu Mücahid el-Brim, BMT və Misirin atəşkəs üçün ortaya qoyduğu səylərin nəticə verdiyini, bunun bazar ertəsi səhər saatlarından etibarən həyata keçirilməyə başlanacağını deyib.
Bununla bağlı İsrail tərəfindən hələ bir açıqlama verilməyib, atəşkəs danışıqlarına qatılan İsrailli bir səlahiyyətli ötən gecə verdiyi açıqlamada, danışıqlarda irəliləmə qeyd edildiyini, bir neçə saat ərzində atəşkəs elanının mümkün ola biləcəyini bildirmişdi.
 
İsrail-Qəzza arasında gərginlik
 
Qəzza Zolağında cümə günü snayper atəşilə 2 İsrail əsgərinin yaralanmasından sonra bölgədə gərgiblik artmışdı. İsrail tərəfindən mülki yaşayış bölgələrinə təşkil olunan hava hücumlarına qarşılıq Qəzzadan raket atışları həyata keçirilmişdi.
Bu proseslərdən sonra İsrail ordusu şənbə günü blokada altındakı Qəzza Zolağından çox sayda raket atılmasını əsas göstərərək döyüş təyyarələri ilə bölgəyə hava hücumu başlatmışdı.
İsrail ordusunun Qəzza Zolağında bir çox binanı hədəf aldığı hücumlarda içində Anadolu Agentliyinin ofisinin də yerləşdiyi bina vurulmuşdu.
Müxalifət.az