İsraillə Britaniya anlaşdı – İRAN TƏHDİDİ

Böyük Britaniyanın Baş naziri Tereza Meylə İsrailin Baş naziri Benyamin Netanyahu telefon danışığı zamanı İrana qarşı birlikdə çalışmaq barədə razılığa gəliblər. 
Bu barədə “Vətən” qəzeti informasiya yayıb. 
Məlumata görə, tərəflər İranın Yaxın Şərqdə səbəb olduğu təhdidlərə və Tehranın bölgədəki tərəqqinin qarşısını alan fəaliyyətlərinin əleyhinə birgə mübarizə aparmaq barədə razılaşıblar.