İsrailin yeni səfiri sabah Azərbaycana gəlir
20-11-2019 16:00
Baxış sayı:
7231
İsrailin Azərbaycandakı yeni səfiri Corc Dik noyabrın 21-də Bakıya gələcək.
Bunu muxalifet.az-a İsrail səfirliyindən bildiriblər.
O, bu vəzifədə 2015-ci ilin avqustundan fəaliyyət göstərən Dan Stavı əvəz edəcək.
Qeyd edək ki, C.Dik bundan əvəllər İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Yuval Rotemin baş müşaviri vəzifəsində işləyib.
Nazirlikdə 2008-ci ildə işə başlayan C.Dik İsrailin Nigeriya və Norveçdəki səfirlərinin müavini olub.