İsrailin yeni planı: C bölgəsi də ələ keçiriləcək

Baxış sayı:
7852

ABŞ-ın da Yahuda və Samara torpaqlarının işğal edilmədiyini təsdiqləməsindən sonra gözləməyə hər hansı bir səbəb qalmayıb. C bölgəsini ilhaq etməyin vaxtı çatıb.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə İsrailin Milli Təhsil naziri Naftali Bennett çıxış edib.
Bennett qeyd edib ki, ABŞ-ın qərarı Qərbi Şəriyanın 60 faizinin ələ keçirilməsinə şərait yaradıb.
Xatırladaq ki, ötən il ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra Təl-Əviv yeni torpaqlar əldə etmək üçün fəaliyyətini artırıb.