İsrailin müttəfiqinə ABŞ-da BÖYÜK ŞOK

Baxış sayı:
4033

İsrailin regionda ən böyük müttəfiqi olan Birləşmiş Ərəb Əmirliklərinin Vəliəhd Şahzadəsi Məhəmməd bin Zayedin ABŞ-dakı lobbisi istintaq mövzusu olub. Xüsusi səlahiyyətli prokuror Robert Müller, Zayed adına çalışan Livan əsilli iş adamı Corc Naderin Ağ Ev ilə əlaqələrini araşdırmağa başlayıb. Zayed adına lobbiçilik edən digər şəxs isə İsrail lobbisinin fəallarından olan milyarder Elliot Brody-dir. İki iş adamının, xüsusilə Tramp rəhbərliyinin Qətər və İran siyasətinə təsir etməyə çalışdığı bildirilir.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Ağ Evin xarici siyasətinə, əlaqəli olduğu iş adamları vasitəsilə təsir etməyi qarşısına məqsəd qoyub. ABŞ-da dərc olunan “New York Times” qəzeti Rusiya İstintaqı üzrə xüsusi səlahiyyətli prokuror Robert Müllerin BƏƏ-Ağ EV əlaqələrini araşdırmağa başlayıb. Xəbərə görə, BƏƏ, Ağ Ev və İsrail üçbucağında yaranan əlaqə şəbəkəsi ABŞ-ın Yaxın Şərq siyasətinə təsir etməyə yönəlik cəhdlərə səhnə olur. Abu Dabi rəhbərliyinin, Ağ Evin xüsusi olaraq Yaxın Şərq siyasətinə təsir etmək məqsədilə iki qoldan çalışdığı bildirilir.
Bu qollardan biri Birləşmiş Ərəb Əmirliklərinin Vəliəhd Şahzadəsi Məhəmməd bin Zayedin həm də məsləhətçisi olaraq çıxış edən Livan mənşəli Amerikalı biznesmen Corc Naderdir. İkinci qol isə Respublikaçı Yəhudi Koalisiyasının təsirli şəxslərindən və İsrailin baş naziri Benyamin Netanyahunun yaxın yoldaşlarından olan Yəhudi əsilli Amerikalı milyarder Elliot Broidy üzərindən addımlayır. Nader və Broidy tez-tez fasilələrlə Ağ Evin qapısını aşındırır. Məlum olduğu kimi ABŞ prezidenti Donald Trampın kürəkəni və müşaviri Jared Kuşnerə, birinci dərəcədən məxfilik ehtiva edən iclas və sənədlərə çatmasına icazə verən təhlükəsizlik razılığı, BƏƏ, Çin, İsrail və Meksika ilə əlaqələri əsas göstərilərək bir alt səviyyəyə endirilmişdi.
 
NADER TƏQİB ALTINDA
 
Xüsusi səlahiyyətli prokuror Robert Müllerin, Corc Nader və Ağ Ev arasındakı münasibətə diqqətini artırdığı bilinir. Keçən il bir neçə dəfə, Vaşinqtonu ziyarət edən Naderin, xüsusilə Jared Kşhner və prezident Trampın ən təsirli müşaviri Stiv Bannon ilə danışıqlar apardığı qeyd edilir. Naderın görüşlərində qaldırılan məsələlər, BƏƏ-nin maraqları istiqamətində, hakimiyyətin ilk növbədə İran və Qətər siyasətinə təsir etmək olduğu bildirilir. Araşdırmaya dair məlumat sahibi insanlar, Müllerə bağlı qrupun, Naderi BƏƏ-nin, siyasi dəstək qazanmaq naminə, 2016-ci ildə Trampın seçki kampaniyasına maddi dəstək verib, vermədiyi barədə mühakimə etdiyi ifadə edilir.
 
ƏLƏ KEÇƏN TARİXİ ARAYIŞ
 
Qəzetin ələ keçirdiyi bir məlumat qeydinə görə, BƏƏ, sadəcə, Nader ilə deyil, Yəhudi iş adamı Elliot Broidy vasitəsilə də prezident Tramp və siyasətlərinə təsir etmək istəyir. Məlumat qeydinə görə, Broidy, Ağ Evi BƏƏ xeyrinə siyasət yürütməsini inandırmağa yönəlik səyləri mövzusunda Naderi də detallı bir şəkildə məlumatlandırır. Bilgi məlumatının BƏƏ-nin Vaşinqton üzərindəki təsirinə qarşı çıxan bir isim tərəfindən ələ keçirildiyi bildirilir.
 
TRAMPLA QEYRİ RƏSMİ GÖRÜŞ TƏLƏBİ
 
Bilgi qeydində, BƏƏ-də investisiyaları və Abu Dabi rəhbərliyi ilə yüzlərlə milyon dollarlıq iş ortaqlığı olan Broidynin Tramp ilə Məhəmməd bin Zayed arasında Ağ Ev xaricində üzbəüz qeyri rəsmi bir görüş üçün vasitəçilik etdiyi də bildirilir. Broidynin bu məqsədlə iki dəfə Milli Təhlükəsizlik müşaviri X. R. Makmaster ilə görüşdüyü, ancaq Makmasterın "Dövlət başçıları arasında görüşün protokol qaydalarına görə, yalnız Ağ Evdə ola biləcəyi" cavabını verdiyi bildirilir.
Müxalifət.az