İsrailin iddiası Səudiyyəni qarışdırdı: Vəliəhdə sui qəsd...

Baxış sayı:
4924

İsrailin “Makorrishon” xəbər saytına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman özünə yönəlik sui-qəsdi son dəqiqədə əngəlləyə bilib. Məlumata görə, sui-qəsd cəhdindən sonra Məhəmməd bin Salman sui-qəsddən məsul tutduğu Bender bin Salmanı həbs etdirib.
 
Xəbərdəki iddiaya görə, Məhəmməd bin Salmanın qardaşı Bender bin Salman sui-qəsd üçün seçdiyi kraliyət qoruyucularına 10 milyon rial təklif edib.
Ölkədəki gücünü getdikcə artıran Məhəmməd bin Salmanın sui-qəsd cəhdindən sonra "çeviki müdaxilə qrupu" yaratdığı bildirilib.
Qeyd edək ki, Səudiyyə jurnalisti Camal Qaşıqçının öldürülməsi, Yəməndəki vətəndaş müharibəsinin davam etməsi və kral Salman ölkədə yoxkən Məhəmməd bin Salmanın kral adına əhəmiyyətli qərarlar alması keçdiyimiz günlərdə İngilis mətbuatında əks olunmuşdu.
İngilis “The Guardian” qəzeti kral Salman və Məhəmməd bin Salmanın münasibətlərinin pozulduğunu ifadə edərək kral Salmanın Misir səfəri zamanı təhlükəsizlik qrupunu tamamilə dəyişdirdiyini və hətta Misirli təhlükəsizlik qüvvələrinin belə kral Salmana yaxınlaşmasına icazə verilmədiyi yazılmışdı.
Müxalifət.az