​İsrailin eks-naziri İrana casusluğa görə həbs edildi

Baxış sayı:
523

İsrail Knessetinin sabiq deputatı, keçmiş energetika və infrastruktur naziri Qonen Seqev İran kəşfiyyatı üçün casusluq etməkdə təqsirləndirilərək həbs olunub.
Muxalifet.az vesti.ru-ya istinadla xəbər verir ki, bu barədə İsrailin Daxili Təhlükəsizlik Agentliyinin (Şin-Bet) məlumatında deyilir.
Qeyd edək ki, iyunun 15-də Qüds Rayon Prokurorluğunda müharibə dövründə düşmənə yardım göstərmək, İsrailə qarşı casusluq və kəşfiyyat məlumatlarının düşmənə ötürülməsi yolu ilə cinayət törətməkdə şübhəli bilinən keçmiş nazirə qarşı iddia qaldırılıb.
Şin-Bet və polisin araşdırmaları nəticəsində Q.Seqevin 2012-ci ildə Nigeriyaya səfəri zamanı İranın səfirliyində xüsusi xidmət orqanları tərəfindən "işə götürüldüyü" aşkar edilib. O, həmçinin iranlı vasitəçilərə şifrələnmiş məlumatların ötürülməsində, onlarla dünyanın müxtəlif ölkələrindəki otellərdə və mənzillərdə görüşməkdə ittiham olunur.
Qeyd edək ki, Seqevin bu ilin may ayında Ekvatorial Qvineya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.