İsrailin “Dəmir Qübbə”si yerlə bir oldu – MİF ÇÖKDÜ

Baxış sayı:
4411

İsrail, Qəzzaya sui-qəsd qrupu göndərdikdən sonra gələn cavab tədbirlərilə çətin vəziyyətdə qaldı. İsrailin çox öyündüyü hava müdafiə sistemi, "Dəmir Gübbə" Həmasın 3 gündə atdığı 460 raketdən yalnız 100-nü zərərsizləşdirə bildi. Təl-Əviv rəhbərliyi "atəşkəs" istəmək məcburiyyətində qaldı. Müdafiə naziri Liberman isə bu qərarı tənqid edərək istefa verdi.
 
İsrail ordusu da raketlərin qarşısının alınmadığını etiraf edib. Ordudan edilən açıqlamada, “Dəmir Gübbə” müdafiə sisteminin atılan 460 raketin yalnız 100-nü zərərsizləşdirdiyi ifadə edilib.
 
HƏMAS TƏSDİQLƏDİ
 
İsrail Ordusunun sözçüsü Conatan Conricus, Fələstinlilərin raket texnologiyasını yeniləndiyini, son münaqişədə Rusiya istehsalı olan tank savar raket sistemi istifadə etdiyini təxmin etdiklərini açıqlayıb. “Həmas” mənbələri də iddianı qismən təsdiqləyib. Mənbələr raketlərin inkişaf etdirildiyini, ancaq yeni sistemlə bağlı məlumat vermədiyini ifadə edib.
 
YƏHUDİLƏR REZİN YANDIRDI
 
Dünənə qədər təriflə yerə-göyə sığdırılmayan İsrailin müdafiə sisteminin deşilməsi bölgədə yeni məskunlaşan İsrailliləri qəzəbləndirib. Qəzza yaxınlığında məskunlaşan Yəhudilər, İsrail hökumətinə etiraz edib. “Həmas”ın yeni inkişaf etdirdiyi raket sistemində uğurlu olmasından sonra İsrail hökumətini yetərli tədbir görməməklə günahlandıran Yəhudilər, etirazlar və hökumət əleyhinə şüarlar altında rezin təkərlər yandırıb.
 
Yeni məskunlaşan Yəhudilər qaçdı
 
“Həmas”ın raket hücumları səbəbiylə yüzlərlə yeni məskunlaşmış Yəhudilər riskli bölgələrdən köç edib. Raket hücumları səbəbilə evlərini tərk edən Yəhudi məskunlar, İsrail hökumətinin atəşkəs etməsinin utanc verici olduğunu iddia edib. İsrail müxalifət partiyaları isə son qarşıdurmalarda təhlükəsizlik qüsusrlarını bir fəlakət kimi xarakterizə edərək Netanyahu və partiyası Likudun, “Həmas”a təslim olduğunu iddia edib.
Müxalifət.az