“İsrailin diz çöktürə BİLMƏDİYİ TƏK ÖLKƏ TÜRKİYƏDİR”

Baxış sayı:
1612

Professor Saleh Yılmaz, İsrailin Türkiyə və Rusiya strategiyasını şərh edib. "İsrailin siyasəti Netanyahu və Tramp siyasətləridir" deyən Yılmaz, “Netanyahu rəhbərliyinin hədəf aldığı, ancaq dağıda və ya diz çöktürə bilmədiyi yeganə ölkə Türkiyədir” deyə, professor Yılmaz bildirib.
 
Rusiya Araşdırmaları İnstitutunun rəhbəri və İldırım Beyazıt Universitetinin müəllimi professor Saleh Yılmaz, İsrailin Türkiyə və Rusiya strategiyasını şərh edib. Türkiyədə prezident Ərdoğanın hədəf alınmasının, 15 iyul dövlət çevrilişi cəhdinin, xəndək terrorunun arxasında duran səbəb də yenə Türkiyədə rəhbərliyi dəyişdirərək ABŞ-İsrail birgə rəhbərliyinin siyasətlərini qəbul edə biləcək bir idarəetmə dizaynının tərkib hissəsidir" deyib.
 
RUSİYANI DA NEYTRALLAŞDIRDILAR
 
Yılmaz, fikirlərinə belə davam edib: "Körfəz ölkələrini İran qorxusuyla İsrailə yaxınlaşdıran, Misiri dövlət çevrilişi ilə özünə möhtac bir idarəetmə halına gətirən, Rusiyanı sanksiyalarla hərəkətsiz hala gətirən İsrailin, Türkiyədə uğursuz olması gələcək dövrdə onlar üçün kövrək bir siyasət təhdidi olaraq görülür. İsrailin "Game Story adlandırdığı bu yeni strategiyada Rusiyanın davranışı dünya nizamını dəyişdirə bilər. Rusiyanın İsrailə qarşı bu “səssiz qalma” siyasəti davam etdirilərsə, gələcəkdə növbə ona da gələcəkdir. İran, Türkiyə və Rusiyanın hədəfi həm ABŞ, həm də arxasındakı İsrail üçün uzunmüddətli bir strategiyadır".
 
ABŞ VƏ İSRAİL ƏMİN-AMANLIĞI POZUR
 
Yılmaz, "Yaxın Şərqdə əmin-amanlıq və sülh şəraitini pozaraq bundan iqtisadi gəlir əldə edən ABŞ-ın, digər tərəfdən İsrailin siyasətinə uyğun olaraq səfirliyini Qüdsə köçürməsi dünyada beynəlxalq hüquqa olan inamı sarsıtmışdır. Dünya yalnız ABŞ və İsrailin keyfi siyasətlərinin nəticəsi olaraq daha etibarsız və narahat hala gətirilib" deyib.
Müxalifət.az