​İsrailin baş naziri Putin və Merkelə zəng etdi

Baxış sayı: 40

İsrailin Baş naziri Benyamin Netanyahunun Almaniya kansleri Angeal Merkel və Rusiya prezidenti Vladimir Putinlə gizli telefon danışığının mövzusu yayılıb.
Netanyahunun İraq ordusunun kürd bölgələrinə müdaxiləsi qarşısında kürdlərə dəstək olmaq məqsədilə dünya liderləri arasında lobbiçiliyə başladığı iddia edilir.
İsrailin kəşfiyyat idarəsinin rəhbəri Yisrael Katz verdiyi açıqlamada iki tərəf arasında olan gərginliyi aradan qaldırmaq üçün çalışdıqlarını bildirib. O, Netanyahunun bu məsələ çərçivəsində ABŞ, Rusiya, Fransa və Almaniya ilə görüşdüyünü qeyd edib.