İsrailin 2 pilotsuz hava uçağı vuruldu

Baxış sayı:
3325

Suriyanın paytaxtı Dəməşqdə partlayış səslərinin eşidildiyi və Əsəd rejiminin hava müdafiə sistemlərinin dövrəyə girdiyi bildirilib.
 
Məsələyə dair açıqlama verən Əsəd rejiminin bir komandiri, paytaxt Dəməşqin qərb hissəsində İsrailə aid 2 kəşfiyyat məqsədli insansız hava vasitəsinin (İHA) vurulduğunu bildirib.
Başqa bir Əsəd tərəfdarı şəxsin bildirdiyinə görə, Suriya hava müdafiə sistemləri tərəfindən 3 raket və bir İnsansız Hava Vasitəsi (İHA) məhv edilib.
Müxalifət.az