İsraili titrədən görüntü: Həmasdan GÜC NÜMAYİŞİ

Baxış sayı:
4505

Fələstin İslami Müqavimət Hərəkatı Həmasın hərbi qanadı İzzəddin əl-Kassam Briqadaları, Həmasın 30-cu quruluş ildönümü münasibətilə Qəzzada hərbi parad keçirib.
 
Mərasimə “Həmas”ın hərbi qanadı İzzəddin əl-Kassam Briqadalarından yüzlərlə adam qatılarkən, Qəssam partizanlarının bəzilərinin daha əvvəl Qəzzada istehsal etdiklərini bildirdikləri snayper tüfənglərlə yanaşı, müxtəlif ağır avtomat silahları, zirehdeşən minaatan, havan topları daşıdığı görülüb.

Mərasimdə həmçinin aralarında yerli istehsal olan M75 raketinin də olduğu və İsrailin 2014-cü ilin iyulunda Qəzzaya qarşı başlatdığı hücumlar zamanı İsrail şəhərlərinə atılan raketlər də nümayiş olunub.
Müxalifət.az