“İsraili məhkəməyə vermək lazımdır” - ÇAVUŞOĞLU

Baxış sayı:
7312

Muxalifət.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: “İsrail törətdiyi qətliama görə Beynəlxalq Cəza Məhkəməsində cavab verməlidir”.
O, bu sözləri İsrailin 60 nəfərdən artıq fələstinlini qətlə yetirməsi ilə bağlı etirazını bildirərkən deyib.
İsrail hərbçiləri ABŞ səfirliyinin Qüds şəhərinə köçürülməsinə etirazını bildirmək üçün mühasirə altında olan Qəzza bölgəsində nümayişlər keçirən 62 nəfər fələstinlini qətlə yetirib, 3 188 nəfər fələstinlini yaralayıb.
İsrailin fələstinlilərə qarşı hücumuna sərt reaksiya verən Türkiyə qətliamın qurbanlarının xatirəsinə 3 günlük milli yas elan edib./Hurriyyet.org