“İsraili buna məcbur edin!” - İrandan ABŞ-a 15 ŞƏRT

Baxış sayı:
4714

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif yerli qəzetlərdən birində dərc etdirdiyi məqaləsində Tehran və Vaşinqton arasında əlaqələrin düzəldilməsi üçün 15 şərt irəli sürüb.

Muxalifət.az xəbər verir ki, bu şərtlərdən biri ABŞ-ın İsraili nüvə silahlarını məhv etməyə məcbur etməsidir.

Məhəmməd Cavad Zərif qeyd edib ki, ABŞ İsraili bölgə, həmçinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid olan nüvə silahlarını məhv etməyə məcbur etməldir.

İranın xarici siyasət idarəsinin başçısı həmçinin bildirib ki, ABŞ ayrı-seçkilik siyasəti və insan hüquqlarını pozması səbəbiylə İsraili qınamalı, Fələstin xalqının haqqlarını müdafiə etməli, paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasını dəstəkləməlidir.

Bu məqalənin ABŞ-ın dövlət katibi Mayk Pompeo may ayında irəli sürdüyü 12 şərtə cavab olduğu bildirilir. Xatırladaq ki, Dövlət Departamentinin başçısı ABŞ-ın İranla nüvə sazişindən çıxışından sonra proqram nitqi ilə çıxışında Vaşinqtonun İrana qarşı tələblərini açıqlamışdı.