İsraildən yeni Türkiyə qərarı: İDXALI DAYANDIRDIQ

Baxış sayı:
6436

Türkiyənin çox sərt reaksiyası qarşısında çılğına dönən İsrailin kənd təsərrüfatı naziri Uru Ariel, Türkiyədən kənd təsərrüfatı məhsulları idxalını dondurduğunu açıqlayıb.
 
ABŞ-ın Qüdsdəki səfirlik açılışını etiraz edən silahsız Fələstinliləri amansızcasına qətlə yetirən İsrail, ərköyün davranışlarını davam etdirir.
 
İSRAİLÇILĞINA DÖNDÜ: KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ İDXALINI DAYANDIRDIQ
 
Qətliamdan sonra, ən sərt reaksiya göstərən Türkiyəyə diş qıcayan İsrail, Türkiyədən kənd təsərrüfatı məhsulları idxalını dondurduğunu açıqlayıb.
Qərarını Twitter-dən çatdıran İsrailin kənd təsərrüfatı naziri Uru Ariel, Türkiyəni ikiüzlü adlandıraraq, "İsrailə əxlaq dərsi verməyə çalışan bir ölkəyə dəstək verməyəcəyik" deyib.
Müxalifət.az