​İsraildən yeni müdafiə sistemi - “DƏMIR QÜBBƏ” işə salındı

İsrail “Dəmir Qübbə” dənizdən müdafiə sistemini istifadəyə verib.
Muxalifət.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
İsrail ordusunun sözçüsünün verdiyi məlumatda bildirilir ki, sistemin hazırlanması 1,5 ilə başa gəlib. Sistem bu müddət ərzində keçirilən sınaqlardan uğurla çıxıb.
Müdafiə sisteminin başlıca hədəfi İsrailin sahil sularını və Aralıq dənizi sahilindəki təbii qazçıxarma platformalarını qorumaqdır.