​İsraildən təhdid: SURİYAYA GİRMƏYƏ HAZIRIQ

İsrail ordusu druzların şəhəri olan Xaderin tutulmasının qarşısını almaqdan ötrü Suriyaya girməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrail Müdafiə nazirinin mətbuat katibi Ronen Manlis söyləyib. Onun sözlərinə görə, İsrail ordusu druz xalqına istənilən köməyi göstərə bilər.
Qeyd edək ki, bundan öncə İsrail Baş Qərargah rəisi Qadi Ayzenkot Şimal hərbi dairəsinin rəhbəri, general-mayor Yoel Striklə birgə Xader şəhərində hərbi əməliyyatların başlanması ilə bağlı təcili iclas keçirmişdi.