İsraildən təhdid: “İran raket atsa, ƏSƏDİ DEVİRƏCƏYİK”

Baxış sayı:
3367

İsrail ordusu rəsmiləri, İran ölkələrinə hücum etdiyi təqdirdə Suriyadakı Əsəd rejimini devirəcəklərini söyləyiblər.
 
“Jerusalem Post” qəzeti, adları açıqlanmayan İsrailli hərbi rəsmilərin, "İran, Suriya torpaqlarını istifadə edərək İsrailə hücum etsə, bunun bədəlini Əsəd rejimi ödəyəcək" deyə, dediklərini yazıb.
Xəbərdə, İrana, İsrailə qarşı təcavüz təşəbbüsündə olmamasını tövsiyə edən rəsmilərin, "Əgər İran, Suriya torpaqlarını istifadə edərək İsrailə hücum edərsə, biz də Əsəd rejimini xəritədən və dünyadan silərik" dediyi bildirilir.
Yerli mətbuatda çıxan xəbərlərə görə isə İsrailin baş naziri Benyamin Netanyahu, nazirlərdən Suriya məsələsində səssiz qalmalarını istəyib.
Qeyd edək ki, Suriyanın Xüms şəhərində T-4 hava bazasına keçən bazar ertəsi 2 döyüş təyyarəsi ilə keçirilən bombardmanda 2-si əsgər, 5-i milis olmaqla, toplam 7 İranlı ölüb.
Rusiya və Əsəd rejimi hücumun İsrail tərəfindən təşkil olunduğunu açıqlamış, Təl-Əviv rəhbərliyi isə bunu rədd etmişdi.
"Bu hücum cavabsız qalmayacaq" şəklində açıqlama verən bir İran rəsmisi, İsrailə cavab veriləcəyi mesajını vermişdi.
Müxalifət.az