İsraildən Suriya etirafı

Baxış sayı:
5395

İsrailin son 1il yarımda Suriyadakı İran qüvvələrinə aid olduğu iddia edilən 200-dən çox hədəfə hücum təşkil etdiyi bildirilib.
 
Yerli mətbuata danışan və adı açıqlanmayan İsrail ordusundan bir səlahiyyətli, son 18 ayda İsrailin Suriyada İrana aid olduğu irəli sürülən 200-dən çox hədəfi, əksəriyyəti döyüş təyyarələri tərəfindən həyata keçirilən hücumlarla vurduğunu bildirib. İsrailli səlahiyyətli, vurulan hədəflərin böyük bir hissəsinin "İran İnqilab Qvardiyasına aid olduğu iddia edilən silah sistemlərilə, bəzi infrastrukturlardan ibarət olduğunu" dilə gətirib. Hücumların İranın Suriyadakı varlığına mane olmağı qarşısına məqsəd qoyduğunu söyləyən səlahiyyətli, sözügedən hücumlar səbəbindən İran İnqilab Mühafizəçilərinin Suriyadakı bir çox bazası boşaltmaq məcburiyyətində qaldığını iddia edib.
Qeyd edək ki, İsrailin müdafiə naziri Aviqdor Liberman, ötən günlərdə etdiyi açıqlamada, ölkəsinin İranın Suriya xaricində hədəflərinə hücum etməyə hazır olduğunu bildirmişdi. Liberman, "Biz özümüzü yalnız Suriya torpaqları ilə məhdudlaşdırmırıq. Bu açıq-aşkar bilinməlidir. Biz mənbəyi harası olursa olsun, İranın bütün təhdidləri ilə mübarizə edəcəyik" ifadələrini işlətmişdi.
Müxalifət.az