İsraildən Səudiyyənin Varis Şahzadəsinə DƏVƏT - ŞƏRH

Baxış sayı:
482

İsrailin Kəşfiyyat Naziri, Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanı ölkəsinə dəvət edib.
 
İsrailin bu dəvəti zaman baxımından heç də təsadüf deyil. Bir tərəfdə 46 islam ölkəsi İƏT səviyyəsində İstanbulda toplaşaraq müqəddəs torpaqları, Qüdsü müdafiə etmək üçün çarpışırkən, digər bir tərəfdə Qüdsü müdafiə etmək üçün Türkiyəyə gəlməyi belə özünə rəva bilməyən Xəyanətkar Səudiyyyə rəhbərliyi məmnuniyyətlə İsrailin dəvətini qəbul edib, səfər hazırlıqlarını görürlər. Əslində Amerikan-Yəhudi cocuğu olan bu Səudiyyə Şahzadəsinin İsraliə dəvət olunması ilə İsrail bütün müsəlman dünyasına gözdağı verir və ABŞ-İsrail ittifaqına qarşı dirənmənin boşuna olduğu görüntüsü yaratmaq istəyirlər. Bu məsələnin bir tərəfidir. Digər tərəfində isə quyruq bulayaraq qorxurlar. Çünki Qüds dirənişinin hara qədər inkişaf edəcəyini proqnozlaşdıra bilmirlər. Ona görə ki, ortada satılmayan Türkiyə, İran kimi lider müsəlman ölkələri var ki, bu da gecə-gündüz onlarını yuxusunu qaçırır. Məhz bu narahatlıqdan dolayı satqın Səudiyyə Şahzadəsini məsləhətləşməyə çağırırlar. Və təbii ki, bu səfər çərçivəsində içində olduqları xəyanət planının necə realizə olunması, Qüdsün İsrailə təslim edilməsi, Livanda yeni bir savaşın başladılması və antiİran koalisiyasının yaradılması və İslam birliyinin önünə keçilməsi yönündə müzakirələrin aparılması gözlənilir.
Müxalifət.az