İsraildən sərt açıqlama: BƏŞƏR ƏSƏDİ ÖLDÜRƏ BİLƏRİK

Baxış sayı:
4072

İsrailin enerji naziri Yuval Steinitz, İranın Suriya məkanını İsrailə hücum üçün istifadə edəcəyi halda, İsrailin Suriya prezidenti Bəşər Əsədi öldürərək, rejimini yıxacağını deyib.
 
İsrailin “Ynet” xəbər saytına danışan Steinitz, "İsrail indiyə qədər Suriyadakı daxili müharibəyə cəlb olunmayıb. Əgər Suriya prezidenti Bəşər Əsəd İranın Suriya ərazisində əməliyyat keçirməsinə icazə verməyə davam etsə, İsrail onu məhv edəcək və rejimini devirəcək" deyə, bildirib.
Qeyd edək ki, İran və İsrail arasında son günlər qarşılıqlı sərt açıqlamalar səsləndirilir.
Müxalifət.az