İsraildən S-400-ləri DAYANDIRACAQ SİSTEM - Rusiya şokda

İsrailin müdafiə sənayesi şirkəti “Rafael”, S-400 hava müdafiə raket sistemlərini təsirsiz hala gətirəcək elektron bir silah kəşf etdiyini açıqlayıb.
 
Maraqlıdır ki, bu xəbər, Türkiyənin Rusiyadan S-400 sistemini satın alma ərəfəsində açıqlanıb.
İsrailli şirkətin “AIR EW” adlı sistemi hədəf azdırma prinsipinə görə çalışır. İsrailin S-400-ləri təsirsiz hala gətirə biləcəyini açıqlaması ilə Rusiyadan da "İsrail, virtual aləmdə qələbə elan edir. Həqiqəti isə praktik təcrübə göstərəcək" cavabı gəlib.
 
3 AYRI SİSTEM
 
İsrailin müdafiə sənayesi şirkəti Rafael, “AIR EW Systems” başlığı altında S-400-lərə qarşı tam üç növ silah icad etdiyini elan edib. “Sky Shielo”, “Lite Shielo” və “X Guard” adlı sistemlər haqqında xüsusi bir videoçarx hazırlayan Rafael şirkəti, "Sky Shielo” sistemini, uzun mənzilli hava müdafiə sistemlərinə qarşı hazırladıq. Tapşırığa çıxan döyüş təyyarəsində yerləşdirilən qurğu, düşmən radarlarında minlərlə yalançı hədəf yaradır. “Lite Shielo” isə qısa mənzilli hava müdafiə sistemlərinə qarşı istifadə ediləcək. Son olaraq” X Guard” bombardman təyyarələri arxasındakı polad kəndirlə atılan raketləri özünə çəkə biləcək" deyə, açıqlama verib.


 
HƏDƏFDƏ RUS RAKETLƏRİ VƏ İRAN STANSİYASI
 
İsrailin müdafiə şirkəti “Rafael” tərəfindən hazırlanan yeni silahın təqdimat videosunda düşmən olaraq ad verilmədən Rusiyanın istehsal etdiyi S-400 və Pantser-S hava sistemlərinin analoqu yer alıb. Hədəf olaraq isə İrandakı nüvə stansiyasına istinad edilib.
 
RUS TELEVİZİYASI: VİRTUAL QƏLƏBƏ
 
İsrailin təqdimatını keçirdiyi hava müdafiə sistemlərilə mübarizə silahına Rusiyanın reaksiyası gecikməyib. Rus dövlətinin nəzarətindəki “RT” televiziya kanalı İsrailin bu açıqlamasını "Virtual qələbə" kimi xarakterizə edib. “RT” telekanalı, "İsrailin hazırladığı silahın nə dərəcədə təsirli olacağını ancaq praktika göstərəcək" deyə, İsrailin iddiasını şərh edib.

Müxalifət.az