İsraildən Rusiyaya vurulan təyyarə ilə bağlı sürpriz təklif

Baxış sayı:
3790

Rusiya prezidenti Putinlə telefonda danışan İsrailin baş naziri Netanyahu, vurulan Rus təyyarəsindən Əsəd rəhbərliyinin məsul olduğunu, Rus əsgərlərin ölümündən təəssüf etdiyini bildirib. Aparılan istintaqla bağlı lazım olan bütün məlumatları verməyə hazır olduqlarını deyib.
 
Netanyahunun sözçüsü tərəfindən edilən açıqlamaya görə, Netanyahu, Putinə telefonla zəng edərək Rus təyyarəsinin düşməsindən duyduğu kədəri dilə gətirib və hadisə ilə bağlı bütün məsuliyyətin Suriyaya aid olduğunu bildirib.
 
“HAVA QÜVVƏLƏRİ KOMANDANINI RUSİYAYA GÖNDƏRİM" TƏKLİFİ
 
“Haaretz” qəzeti tərəfindən verilən xəbərə görə, Netanyahu bundan başqa, İsrail Hərbi Hava Qüvvələri komandanını Rusiyaya göndərərək hadisəylə bağlı daha detallı məlumatları bölüşməsini təklif edib.
Müxalifət.az