İsraildən Rusiyaya ISMARIC: Biz sizə ona görə hörmət etdik ki,...

Baxış sayı:
7909

Biz Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmadıq və bu səbəbdən ruslardan Suriyada və İran mövzularında daha İsrailyönümlü siyasət tələb edirik.
Muxalifet.az xəbər verir ki, bu sözləri İsrail Müdafiə naziri Aviqdor Liberman deyib.
“Rusiya ilə əlaqələr bizim üçün dəyərlidir. Yaxın müttəfiqlərimiz sanksiyalarla Rusiyaya təzyiq etsə də, biz bunlara qoşulmadıq. Rus diplomatları deportasiya etdilər, lakin biz bu siyasətin bir parçası olmadıq. Bu səbəbdən İsrailin həyati önəmə sahib mənafeyi ilə bağlı Rusiyanın anlayış göstərməsini və dəstək verməsini xahiş edirik”, - deyə nazir bildirib.