​İsraildən rus təyyarəsinin vurulmasına növbəti REAKSİYA

Baxış sayı:
4018

İsrail ordusu üçün Suriyada birinci dərəcəli əhəmiyyətə malik məsələ hərəkət azadlığının qorunmasıdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri İsrail ordusundakı səlahiyyətlli nümayəndələrdən biri Rusiyaya məxsus hərbi təyyarənin vurulmasına münasibət bildirərkən deyib.
"İsrail ordusu siyasi rəhbərliyin göstərişlərinə əsasən, strateji maraqlarımızı qorumağa davam edəcək", - mənbə söyləyib.
Qeyd edək ki, Rusiyanın İl-20 hərbi təyyarəsini Suriyanın hökumət qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemləri vurub. Rusiya bunda Suriyanı vuran İsrail qırıcılarının Rusiya təyyarəsinin yaxınlığında “gizlənməsini” səbəb kimi göstərib.