İsraildən Qəzzaya hava hücumu

Baxış sayı:
3832

İsrail təyyarələri Qəzzənin şimalında bəzi nöqtələrə hava hücumu təşkil edib. Hücumda can itkisinin olub olmadığı haqda məlumat verilməyib.
 
İsrail ordusunun Twitter hesabından edilən açıqlamada, döyüş təyyarələrinin Həmasa aid bir hərbi qərargahda bəzi məqamları vurduğu ifadə edilib.
Hücumun dünən Qəzzadan İsrailə helium qazı doldurulmuş şar atılmasına cavab olaraq həyata keçirildiyi qeyd edilib. Xəbərə görə, İsrail mətbuatında dünən Qəzzadan atılan şarların sərhəddəki İsrail zəmilərində yanğın çıxmasına səbəb olduğu xəbəri yer almışdı.
Müxalifət.az