İsraildən “QÜDS” AÇIQLAMASI

Baxış sayı:
5365

İsrailin baş naziri Netanyahu, hər hansı bir sülh müqaviləsində "Qüdsün İsrailin paytaxtı olaraq qalacağını" söyləyib.
 
İsrailin baş naziri Binyamin Netanyahu, ABŞ səfirliyinin sabah Qüdsə köçürülməsi münasibətilə keçirilən bir təqdimatda çıxış edib.
ABŞ prezidenti Donald Trampa sözügedən qərarına görə, təşəkkür edən Netanyahu, bu qərarla İsrail ilə ABŞ arasındakı müttəfiqliyin heç olmadığı qədər güclü hala gəldiyini bildirib.
Netanyahu, toplantıda iştirak edən Avstriya və Rumıniya kimi ölkələrin də olduğu 32 dövlətin diplomatlarına səfirliklərini Qüdsə köçürmək çağırışı edərək, bu addımın "sülhü asanlaşdıracağını" iddia edib.
"Yeruşalayimin" (Qüdsün İbrani keçmiş adı) Yəhudilərin "min illik paytaxtı" və İsrail dövlətinin "uzun illərdir paytaxtı" olduğunu irəli sürən Netanyahu, "Hər hansı bir sülh müqaviləsində Qüds, İsrailin paytaxtı olaraq qalacaq" deyə, söyləyib.
Netanyahu həmçinin, ABŞ-ın 2015-ci ildə İranla aparılan nüvə müqavilədən çəkilməsindən də məmnun olduqlarını sözlərinə əlavə edib.
Qeyd edək ki, ABŞ prezidenti Tramp, 6 dekabr 2017-ci ildə, Qüdsün "İsrailin paytaxtı" olaraq tanıdığını və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə daşınması istiqamətində göstəriş verdiyini açıqlamışdı. ABŞ rəhbərliyi səfirliyini Təl-Əvivdən Qüdsə 14 mayda daşıma qərarı almışdı.
Qərar, regional və beynəlxalq səviyyədə, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində böyük narazılıqla qarşılanmışdı.
Müxalifət.az