İsraildən qətliam etirafı: BILƏ-BİLƏ ÖLDÜRDÜK

Baxış sayı:
4702

İsrail, 17 dinc Fələstinlini bilərək qətlə yetirdiyini etiraf edib. İsrail ordusunun Twitter hesabından paylaşılan mesajda vəhşi hücum üçün "ölçülü və hesablı əsgərlər hər güllənin hara tuşlandığını bilərək atəş açıb" deyilib. Etiraf mənasına gələn mesaj təpkilərdən sonra sonra silinib.
 
İsrail ordusu, 17 dinc Fələstinli etirazçını məqsədli olaraq qətlə yetirdiyini sosial media hesabından etiraf edib. Ancaq daha sonra açıqlama silinib. Açıqlamada vəhşi təcavüzün "ölçülü və hesablı" olduğu, "hər güllənin hara tuşlandığı bilinərək atəş açıldığı" yazılıb. İsrailin baş naziri Netanyahu ilə müdafiə naziri Liberman isə qətliama təriflər yağdırıb.
Yəhudi İnsan Haqları Təşkilatı B”TSELEM qrupu verdiyi bəyanatda "İsrail ordusunun silahsız mülki əhalini öldürmə və həqiqi güllələrlə yüzlərlə yaralama məsuliyyətini üzərinə götürdüyünə" diqqət çəkib. Digər tərəfdən, İsrail güclərinin dünən də Qəzza sərhədində etirazlara qatılan bir Fələstinlini başından vururarak ağır yaraladığı bildirilib.
 
KÜRƏKLƏRİNDƏN VURULDULAR
 
İsraildə sol təmayüllü müxalif “Meretz” Partiyasının sədri Tamar Zandberg, Qəzzada baş verənlərlə bağlı istintaq komissiyasının yaradılmasını tələb etmişdi. Zandberg məsum vətəndaşlara arxadan atəş açıldığını göstərən görüntülər olduğunu xatırladıb.
 
 QƏTLİAMA TƏRİF
 
 İsrailin baş naziri Benyamin Netanyahu ilə müdafiə naziri Aviqdor Liberman, 17 Fələstinlini şəhid edən və 700 nəfəri həqiqi güllələrlə yaralayan İsrail əsgərlərini müdafiə edib. Netanyahunun ofisindən edilən yazılı açıqlamada, "Dövlətin sərhədlərini qoruyan və İsrail vətəndaşlarına “Pesah” bayramını sakit bir şəkildə keçirmək imkanı verən əsgərlərə ehtiram" deyə, bildirilib. İsrailin müdafiə naziri Aviqdor Liberman ordu radiosunda verdiyi açıqlamada, "Əsgərlərimiz lazım olanı etdi. Məncə, bütün əsgərlərimiz medalı haqq edir" deyib.
 
ABŞ QATİLİ QORUDU
 
Fələstində baş verən qətliamdan sonra Küveytin çağırışı ilə təcili toplanan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) ABŞ-ın əngəl olması nəticəsində İsraili qınayan bir qərar yenə də qəbul olunmayıb. ABŞ-ın nümayəndəsi Uolter Miller, qətliamı törədən İsraili pisləmək əvəzinə, Qəzzadakı etiraz aksiyalarını keçirənləri ittiham edib. “Həmas” tərəfindən edilən yazılı açıqlamada, BMT TŞ-da qınama qərarı alınmasını əngəlləyən ABŞ-ın mövqeyinə, "İsrailin tərəfini tutmaqla, işğalçının Fələstinli mülki vətəndaşlara qarşı terroru və zorakılığı artırması üçün təşviq edib" deyə, qeyd edib.
 
İSRAİL ORDUSU: MÜDAXİLƏMİZ DAVAM EDƏCƏK
 
Fələstinlilərin 42-ci “Torpaq Günü” tədbirində vətəndaşlara gerçək güllə ilə atəş açaraq 17 nəfəri öldürən və yüzlərlə insanı yaralayan İsrail "müdaxiləmiz davam edəcək" deyə açıqlama verib.
Müxalifət.az