İsraildən qalmaqal Türkiyə qərarı! Qadağan etdilər

Baxış sayı:
4261

Burak Müqəddəs Məkanları Tanıtma və Mədəniyyət Dərnəyinin sədri Adəm Yenihəyat, İsrailin Türkiyə vətəndaşlarının Qüdsü ildə bir dəfədən çox səfər etmələrini və 18 yaşından kiçik Türk vətəndaşlarının valideynsiz şəhərə girişini qadağan etdiyini bildirib.
 
Türk vətəndaşların səfərlərinə məhdudiyyət
 
İsrailin Qüdsü yəhudiləşdirmə işlərinə davam etdiyini bildirən Yenihayat, şəhərdə 143 ev və kommersiya ofislərinin dağıdıldığını, 6 evin isə zorla qəsb edildiyini və 5820 yəhudilər üçün yeni bina tikilməsinə razılıq verildiyini bildirib.
Yenihəyat Türkiyə vətəndaşlarının Qüdsə səfərlərini artırmaları və sahib çıxmalarından narahat olan İsrail dövlətinin 18 yaşından kiçik gənclərin himayəçisi olmadan Qüdsə girişinə maneə törətdiyini və Türk vətəndaşlarının ildə bir dəfədən artıq Qüdsə daxil olmalarının qadağan olunduğunu qeyd edib.
Müxalifət.az