İsraildən qalmaqal qərar: UŞAQLARI “VURMAQ” ƏMRİ VERİLDİ

Baxış sayı:
2611

İsrailin ordusunun təqaüddə olan generalı Zvika Vogel, Qəzza sərhədində xidmət edən əsgərlərə Fələstinli uşaqları vurmaq əmri verildiyini söyləyib.
 
General Zvika Vogel, qatıldığı radio proqramında verdiyi açıqlamada, işğal hərbiçilərinin uşaqların və gənclərin bədənlərini ayırd edə bildiklərini və snayperlərin uşaqlara qəsdən atəş açdığını bildirib.
İsrailli generalın bu açıqlamaları işğal rejiminin Beynəlxalq Cəza Məhkəməsində mühakimə olunması üçün dəlil xarakteri daşıyır.
 
 15 YAŞLI GƏNC BAŞINDAN VURULDU
 
İsrail hərbçiləri ən son ötən cümə günü 15 yaşlı Məhəmməd Əyyubu Cibaliyanın şərqindəki Böyük Qayıdış Yürüşü aksiyalarına qatıldığı zaman qəsdən hədəf almış və şəhid etmişdi.
BMT-nin Yaxın Şərq Sülh Prosesi Üzrə Xüsusi Koordinatoru Nikolay Mladenov, Məhəmməd Eyyubun işğal qüvvələrinin öldürülməsi hadisəsiylə bağlı istintaq açılmasını tələb edib.
Müxalifət.az