İsraildən qalmaqal qərar! Türkləri deportasiya etdilər

Baxış sayı:
11584

İstanbuldakı İsrail Konsulluğuna fərdi olaraq müraciət edərək vizalarını alan Türk tələbələr dünən axşam gəldikləri Təl-Əvivdəki Ben Gurion Hava Limanında İsrail kəşfiyyatı tərəfindən nəzarətə alındıqdan sonra bu səhər ölkədən deportasiya edilib.
 
Deportasiya edilən tələbələrdən Ömər Faruk Balta etdiyi açıqlamada, “Dünən saat 22.00-də Təl-Əvivdəki Ben Gurion aeroportuna daxil olduq. Aeroportdakı pasport yoxlamaları əsnasında heç bir səbəb olmadan və sənədlərimizin hamısının qaydasında olmasına rəğmən bizi sorğu-sual otağına apardılar və pasportlarımızı da əlimizdən aldılar" deyib.
Saatlarla sorğuya məruz qaldıqlarını və heç bir səbəb olmadan saxlandıqlarını deyən Balta, "Aqibətimizin necə olacağına dair heç nə demədilər, dəfələrlə təkrarlanan suallara, sərt müdaxilələrə və davranışlara məruz qaldıq. Əşyalarla bərabər üstümüz dəfələrlə axtarıldı" deyə söyləyib.
Balta vizalarına ləğv möhürü vurularaq bu səhər ölkədən deportasiya edilməsinə diqqəti çəkərək bunları deyib: "Sənədlərimizin tamamilə qaydasında olmasına, viza tələblərimizdə hər hansı bir sıxıntı olmamasına və digər şərtlərin da uyğun olmasına baxmayaraq bizlərə bu münasibətin göstərilməsi, Qüdsün Müsəlmanlardan təmizlənilməsi və Müsəlmanların gündəmindən çıxarılması layihəsinin bir hissəsi olduğunu güman edirik".
Səyahətlərinin tamamilə turist məqsədli olduğunu və tək niyyətlərinin Müsəlmanların ilk qibləsi Məscid-i Aksa ilə Qüds və Əl Xəlili ziyarət etmək olduğunu vurğulayan Balta, "Qətiyyən təxribat xarakterli hərəkətə yol verməmişik. Yeganə məqsədimiz Qüdsü görmək idi. Ancaq İsrailin qatı mövqeyi bunun qarşısını aldı" deyib.
Müxalifət.az