İsraildən Məscid-i Aksa ilə qalmaqal: Yenidən açıldı

Baxış sayı:
11329

 İsrail polisi işğal altındakı Şərqi Qüdsdə olan Məscid-i Aksa-nın bütün qapılarını bağladı. Bir neçə saat sonra İsrail polisi tərəfindən qapıları bağlanan Məscid-i Aksa yenidən açıldı.
 
Qüds İslami Vəqflər İdarəsinin sözçüsü Firas Dibs etdiyi yazılı açıqlamada, Şərqi Qüdsün Köhnə Şəhər hissəsində yer alan Məscid-i Aksa-nın bütün qapılarının İsrail polisi tərəfindən bağlanıldığını bildirib.
Bir neçə saat sonra İsrail polisi tərəfindən qapıları bağlanan Məscid-i Aksa yenidən açılıb.
Dibs, İsrail polisinin həmçinin Məsciddə ibadət edən Müsəlmanlara da hücum etdiyini bildirib.
Qüds İslami Fondlar İdarəsindən bu gün edilən yazılı açıqlamada, Məscid-i Aksa-nın 2003-dən bu yana giriş çıxışlara qapalı saxlanılan şərq qala divarlarındakı Rəhmət Qapısına dünən İsrail polisi tərəfindən zəncir vurulduğu bildirilmişdi.
Qeyd edək ki, işğal altındakı Şərqi Qüdsdə olan Məscid-i Aksa Müsəlmanların ilk qibləsi olma xüsusiyyətini daşıyır.

Müxalifət.az