​İsraildən Kremlə cavab: “SURİYAYA GİRƏCƏYİK”

İsrail öz təhlükəsizliyi üçün Suriyaya müdaxilə edəcək.
Bu barədə bəyanatı İsrail Nazirlər Kabineti yayıb. “İsrail şəraitdən asılı olmayaraq, öz təhlükəsizliyini təmin etmək üçün Suriyaya lazımi müdaxiləni edəcək. Baş nazir Benyamin Netanyahu artıq bununla bağlı Rusiya Prezidenti Vladimir Putini xəbərdar edib”, – bəyanatda bildirilib.
Qeyd edək ki, bundan öncə Rusiya Xarici İşlər naziri Sergey Lavrov İranın Suriyadakı hərbi mövcudluğunun qanuni olduğunu və İsrailə Suriyadan İran qüvvələrinin çıxarılması ilə bağlı hər hansı söz vermədiklərini açıqlamışdı./axar/