İsraildən İrana TƏHDİD: “TEHRAN NÜVƏ SİLAHI ƏLDƏ EDƏ BİLMƏYƏCƏK”

İsrailin baş naziri Netanyahu, İranın nüvə silahı əldə etməsinə və Suriyanı hərbi bazasına çevirməsinə mane olmaq üçün ölkəsinin təkbaşına hərəkət etməyə hazır olduğunu bildirib.
 
İsrail mediasının xəbərinə görə, Şimali Amerika Yəhudi İcmalarının ümumi yığıncağında danışan İsrailin baş naziri Netanyahu, İranı Suriyadakı qarşıdurmanı İsrail sərhədlərindəki mövqeyini gücləndirmək üçün istifadə etməkdə günahlandırıb.
 İranın Suriyadakı hərbi mövqeyini gücləndirmək üçün "intriqa hörgüsü” inşa etdiyini deyən İsrail lideri, “Onlar İsraili yox etmək məqsədi ilə Suriyada baza olaraq istifadə etmək üçün hava, quru və dənizdə daimi hərbi varlığa can atırlar” deyə, söyləyib.
Dünya ictimaiyyətini İranın təcavüzkarlığına hamılıqla cavab verməyə çağıran Netanyahu, “İran nüvə silahı əldə edə bilməyəcək, Suriyanı İsrailə qarşı hərbi bazaya çevirə bilməyəcək” ifadələrini işlədib.
Netanyahu həmçinin İran ilə nüvə sazişini nəzərdən keçirməyə hazır olan ABŞ prezidenti Donald Trampa da təriflər yağdırıb.
Müxalifət.az