İSRAİLDƏN İRANA ŞOK TƏHDİD - “Suriyanı sizin üçün Vyetnama çevirəcəyik”

Baxış sayı:
6265

İsrailin müdafiə naziri Naftali Bennet İranın Suriyadakı hərbi varlığı ilə bağlı açıqlama verərək deyib: “Suriyanı sizin üçün Vyetnama çevircəyik”.
Bennet dünən Qüdsdə iştirak elədiyi konfransda İranın Suriya və Livandakı hərbi varlığından danışıb, İranın hərbi fəaliyyətinin İsraili “Suriyanı İranın Vyetnamına çevirməyə məcbur elədiyini” söyləyib. Bennet İranın Suriyada və Qəzza zolağında hərbi bazalar qurmağa çalışdığını, İsraili “yandırıb yıxmaq” istədiyini iddia edib, hər hansı bir hücum olarsa, “güclü bir əks-əməliyyata başlayacaqlarını” bildirib. İsrailin müdafiə naziri ölkəsinin  2020-ci ildə daha böyük təhdid təhdidlərlə qarşı-qarşı qalacağını və İsrailin Silahlı Qüvvələrinin Suriya, Livan, yaxud da Qəzza zolağından gələn hər növ təhdidə hazır olduğunu deyib.
Bennet baş nazir Benyamin Netanyahunu öz şəxsi mənfəətini güdməkdən uzaqlaşmağa və ölkəsinin sabitliyini hər şeydən üstün tutmağa çağırıb.