İsraildən İrana şok təhdid: “HƏRBİ BAZANIZI DAĞIDARIQ”

İsrail Xarici İşlər Naziri Aviqdor Liberman, İsrail sərhədinə 50 km məsafədə yerləşən Qolan təpələrinin Suriya qismində  “kəşf” etdiyi İran hərbi bazasını dağdacağı ilə təhdid edib.
 
Verilən açıqlamada İsrail ordusunun İrandan gələn təhdidlərə mane olmaq üçün hərbi hücumlara davam edəcəyi ifadə edilib.
Liberman bildirib ki, İsrail qarşı tərəfdən gələcək hər cür təcavüzə və sərhəd suverenliyini pozan hər hansı bir hərəkətə qarşılıq verəcəkdir.
İsrailli nazir, Əsədi torpaqlarında yerləşən hərbi bazaların qurulmasına əngəl olmağa çağıraraq,  bu ərazilərdə Şiə tandeminin yaranmasına imkan verilməyəcəyini deyib.
Mərkəzi Londonda yerləşən “Al Awsat” media qurumunun bildirdiyinə görə, Libermanın İranı təhdid etməsini dəstəkləyən İsrail müxalifət lideri Ovu Gabay da "Əsəd yeni oyun qaydaları qoymaq istəs də, İsrail hökuməti və müxalifəti bu təşəbbüsü yerlə bir etmək üçün vahid bir orqanizm kimi onun qarşısında duracaq” deyə, fikir bildirib.
İsrail cəbhəsindən verilən bəyanatlar, BBC-nin Qərbli kəşfiyyat mənbələrindən aldığı Suriyadakı İran hərbi bazasının peyk görüntülərini dərc etdirməsindən sonra gəlib.
 
İRANIN HƏRBİ BAZASI İSRAİLƏN 50 KM MƏSAFƏDƏ YERLƏŞİR
 
İsrail kəşfiyyat mənbələri də Qərb kəşfiyyatının yaydığı peyk görüntülərini təsdiqləyərək, İranın Suriyada İsrailə 50 km uzaqlıqda hərbi baza qurduqlarını iddia edir.

Müxalifət.az