​İsraildən İrana müharibə təhdidi: "TRAMPIN SƏYLƏRİ NƏTİCƏ VERMƏSƏ..."

Hurriyyet.org xəbər verir ki, İsrailin təhlükəsizlik naziri İsrael Katz, İranın heç vaxt nüvə silahına sahib olmamasını təmin eləmək üçün hərbi seçimə üstünlük vermək niyyətində olduqlarını bildirib.
Bu gün Yaponiyad müsahibə verən İsrail təhlükəsizlik naziri İsrael Katz deyib: “Son vaxtlar ABŞ prezidenti Trampın liderlik elədiyi beynəlxalq səylər, İranın nüvə proqramını dayandırmaq üçün kifayət eləməsə, İsrail özü hərbi hücum edəcək”.
İran ilə P5+1 ölkələrinin (ABŞ, İngiltərə, Çin, Rusiya, Fransa və Almaniya) imzaladığı nüvə razılaşmasını xatırladan Katz deyib: “Heç vaxt nüvə silahına sahib olmamalarını təmin edəcək dəyişikliklər aparıla bilər”.
İsrail bundan əvvəl ən böyük müttəfiqi olan ABŞ-dan razılıq almadan hərbi hüvumlar eləmişdi. 1981-ci ildə İraqı, 2007-ci ildə isə Suriyanl vuran İsrailin İrana hücum eləməsi olduqca riskli bir ehtimal kmi görünür.

Tramp qarşıdır, digər iştirakçı ölkələr isə yox
ABŞ qanunlarına görə, prezident hər 90 gündən bir Konqresdə, İranın nüvə razılaşmasına riayət elədiyini təsdiqləməlidir. Lakin Tramp oktyabrın 12-dəki son qiymətləndirməsində İranın razılaşmaya riayət elədiyini təsdiqləməmək qərarını verib. Beləliklə, ABŞ-ın razılaşmadan çıxıb-çıxmaması ilə bağlı qərar vermək məsələsi də Konqresin öhdəsinə buraxılıb.