İsraildən İrana mesaj: “Biz Səudiyyə Ərəbistanı deyilik”

Baxış sayı:
265

İsrailin xarici işlər naziri Yisrael Katz ölkəsinin Səudiyyə Ərəbistanı olmadığını, İrana qarşı heç bir zəiflətmə savaşına başlamayacaqlarını açıqlayıb.
Muxalifet.az
xəbər verir ki, nazir Qolana Suriyadan dörd raket zərbəsi endirilməsiylə bağlı açıqlama verərək hücumda İranı təqsirləndirib.
Yerli qəzetlərdən birinə danışan Katz  hücumun təkrarlanmasına izn verməyəcəyini, ölkəsinin sərhədlərindəki təhdidlərdən narahatlığını ifadə edib.
Nazir açıqlamasında “İsrail dövləti öz siyasətinə uyğun hərəkət etməyə davam edəcək. Bu siyasət İranın bölgədə hökmranlğını təsis etməsinə əngəl olmaq üçün var” sözlərini işlədib.
Katz İranda hökümət əleyhinə aksiyalara dəstək vermədiklərini, ölkənin daxili işlərinə müdaxilə etmədiklərini də vurğulayıb.