İsraildən İDDİA: ŞAHZADƏNİN VERTOLYOTUNU SƏUDİYYƏ VURUB

İsrailin “Yedioth Ahronoth” qəzeti: Şahzadə Mənsur bin Mukrin Yəmənə qaçmağa çalışarkən Səudiyyə təyyarələri tərəfindən vurulub.
 
 Səudiyyə Ərəbistanı - Yəmən sərhədində içində yüksək səviyyəli rəsmilərin olduğu vertolyotun düşməsindən sonra bir çox iddia ortaya atılarkən, İsrail mətbuatı həmin vertolyotun Səudiyyə təyyarələri tərəfindən vurulduğunu yazıb.
 Şənbə günü Səudiyyə Ərəbistanında başlayan həbs dalğasının ardından Səudiyyə Ərəbistan-Yəmən sərhədində içində yüksək səviyyəli rəsmilərin olduğu bir vertolyotun düşdüyü açıqlanmışdı.
Düşən vertolyot haqqında bir çox iddia ortaya atılarkən, İsrailin “Yedioth Ahronoth” qəzeti vertolyotun içində olan Şahzadə Mənsur bin Mukrinin Yəmənə qaçmağa çalışdığını və qaçmazdan əvvəl Səudiyyə təyyarələri tərəfindən vurulduğunu iddia edib.
Müxalifət.az