İsraildən Fələstində yeni mülki qətliam

Baxış sayı:
1714

İsrail əsgərlərinin, mühasirə altındakı Qəzza sərhədində keçirilən "Böyük Qayıdış Yürüşündə", nümayişçilərə açdığı atəş nəticəsində 7 Fələstinli şəhid olub, 154 nəfər yaralanıb.
 
Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf el-Kudra verdiyi yazılı açıqlamada, İsrail əsgərlərinin Qəzza Zolağının müxtəlif regionlarında açdığı atəş nəticəsində 7 nəfərin şəhid olduğunu bildirib.
Qəzza sərhədindəki müxtəlif bölgələrdə 5-i ağır olmaqla, 154 Fələstinlinin həqiqi gülləylə yaralandığını bildirən Kudra, yaralananlardan 50-sinin uşaq, 10-unun qadın olduğunu deyib.
 Bu azmış kimi, İsrailin müdafiə naziri Aviqdor Liberman, Qəzza Zolağına yanacaq tədarükünü dayandırmaq göstərişi verib.
Müxalifət.az