​İsraildən ETİRAFI: Suriyada İran ordusu yoxdur

İran hələlik Suriyada hərbi baxımdan mövcud deyil.
Muxalifət.az 
xəbər verir ki, bunu “9-cu kanal”a müsahibəsində İsrail Müdafiə naziri Aviqdor Liberman söyləyib.
“Bəli, orada İranın hansısa ekspertləri, məsləhətçiləri var, amma hərbi baxımdan Suriyada tam mövcudluqları yoxdur. Bizim hədəfimiz onların Suriyada real hərbi qüvvəyə çevrilməsinə imkan verməməkdir. Hələlik onlar Suriyada baza yarada bilmirlər. Tehran istəyir ki, bazaları Rusiyanın hərbi bazaları ilə yanaşı yerləşsin, amma buna da hələ nail ola bilmirlər”, – deyə o bildirib.