İsraildən dünyanın gözü qarşısında təhdid: BÜTÜN YAXIN ŞƏRQ MESAJI ALDI

Baxış sayı:
2002

 İsrailin baş naziri Binyamin Netanyahu, 20 il fasilədən sonra İsrailin Aşdod limanına yanaşan ABŞ döyüş gəmisi USS Rossi ziyarət edib.
 
İsrailin prezidenti Reuven Rivlin ilə birlikdə gəmini ziyarət edən İsrailin baş naziri Binyamin Netanyahu, təhdid dolu mesajlar verib. İllər sonra baş tutan bu səfərin çox əhəmiyyətli olduğunu söyləyən Netanyahu, bu vəziyyətin ABŞ ilə İsrail arasındakı dərin ittifaqın bir göstəricisi olduğunu xatırladıb.
20 il fasilədən sonra bu hadisənin əhəmiyyətini vurğulayan Netanyahu, bu vəziyyətin Suriyadakı hərbi fəaliyyətlərinə dəstəyə işarə olduğunu və özlərini Suriyadakı İran hərbi varlığına qarşı müdafiə edəcəklərini deyib.
 

 YAXIN ŞƏRQƏ BİR MESAJDIR
 
ABŞ prezidenti Donald Trampın İsrailə tam dəstək verdiyini söyləyən Netanyahu, gəminin gəlişi üçün isə “Bu mesaj bütün Yaxın Şərq tərəfindən alınmışdır” deyə bildirib.
Müxalifət.az