​İSRAİLDƏN BÖYÜK ARTIM: 9,2 milyardlıq silah satışı

Baxış sayı:
3328

İsrail 2017-ci ildə 9,2 milyard dollarlıq silah satıb.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı İsrail Müdafiə Nazirliyi yayıb.
Nazirlik bunun 2016-cı ilin göstəricisindən 40% çox olduğunu bildirib. Rəsmi Təl-Əviv 2017-ci ildə satdığı silahların 31%-ni hava hücumundan müdafiə sistemlərinin təşkil etdiyini açıqlayıb. Ondan sonrakı yerlərdə radarlar və radioelektron mübarizə sistemləri (17%), sursatlar və silah qurğuları (9%), telekommunikasiya sistemləri (9%), müşahidə sistemləri (8%), kəşfiyyat sistemləri və kibertexnologiyalar (5%), dronlar (2%), dəniz sistemləri (1%), peyk sistemləri (1%) qərarlaşıb.
2017-ci ildə İsrail silahlarının 58%-ni Asiya-Sakit okean hövzəsi ölkələrinə, 21%-ni Avropaya, 14%-ni Şimali Amerikaya, 5%-ni Afrikaya və 2%-ni Latın Amerikası ölkələrinə satıb.
Qeyd edək ki, Azərbaycana ən böyük silah tədarükçüləri sırasında İsrail hazırda ön pillələrdə qərarlaşır.