İsraildən Almaniyaya QÜDS TƏPKİSİ

Baxış sayı:
651

İsrailin Almaniyadakı səfiri Ceremi Issacharoff, Almaniya baş naziri Angela Merkelin Qüds mövzusundakı mövqeyini tənqid edib. Berlində keçirilən İsrail əleyhinə mitinqlərə toxunan səfir Issacharoff, Almaniyadakı etirazlarda İsrail bayrağınınyandırılmasının qadağan olunmasını tələb edib.
 
İsrail səfiri Issacharoff, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıdığı qərarı qəbul etməyən Alman federal hökumətini tənqid edib.
Issacharoff, "Bəli, bu məni xəyal qırıqlığına uğrattıı" deyərək, Merkelin Qüds məsələsində Trampın mövqeyini dəstəkləməməsindən təəssüf etdiyini ifadə edib.
Trampın, Qüds gerçəyinə sadiq qalmaqdan başqa bir şey etmədiyini deyən Issacharoff, "İsrail ilə Fələstinlilər arasındakı sülh razılaşması ancaq Qüdsün paytaxt kimi tanınması ilə mümkün ola bilər" şəklində şərh verib.
Səfir Issacharoff, Trampın Qüds qərarından sonra Berlində keçirilən İsrail əleyhinə nümayişləri də tənqid edib. Səfir, "Hansı ölkə olursa, olsun, bayraq yandırmaq, olduqca böyük simvolik mənası olan bir aksiyadır və qadağan olunmalıdır" - deyib.
"Bayraq yandıranların, İsrailin varlıq hüququnu tanımadığını" bildirən Issacharoff, bayraq yandırmağın qadağan edilməsi lazım olduğunu söyləyib.
Qeyd edək ki, ötən həftə sonu Berlində keçirilən İsrail əleyhinə nümayişlərdə etirazçılar əllə çəkdikləri bir İsrail bayrağını yandırmışdı.
Müxalifət.az