İsraildən açıqlama: “İrana qarşı əməliyyatlar DAVAM EDƏCƏK”

Baxış sayı:
1888

İsrailin baş naziri Benyamin Netanyahu, dünənki həftəlik Nazirlər Kabinetinin toplantısında Təl-Əvivin "Suriyada İrana qarşı hərəkət etməyə" davam edəcəyini deyib. İngiltərənin baş naziri Teresa Mey ilə danışdığını bildirən Netanyahu, Meyə, "Kimyəvi silahların istifadəsinin cəzasız qalmayacağı ilə bağlı Suriyaya edilən təcavüzlə beynəlxalq və əhəmiyyətli bir mesaj verildi" dediyini qeyd edib. Netanyahu belə davam edib: "Bu siyasət eyni zamanda terrorçu dövlətlərin və qrupların nüvə silahı əldə etməsinin qarşısını almaq üçün də göstərilməlidir". TƏHSİL VƏ DAXİLİ TƏHLÜKƏSİZLİK NAZİRLƏRİ DƏ BƏYANAT VERİB “Middle East Monitor”un xəbərinə görə, Suriyada İrana məxsus mərkəzlərə hücum edilməsi mesajı İsrailin daxili təhlükəsizlik naziri Gilad Erdan və təhsil naziri Nafta Bennett tərəfindən də ifadə edilib. Erdan "Suriyada İranın hərbi mərkəzlərinə qarşı hərəkata davam edəcəyik, bu məskunlaşmalar İsrailin təhlükəsizliyini təhdid edir" deyib. Bennett isə, "İsrail, sərhədləri üzərindən tam irəliləmə azadlığına malikdir və bütün mümkün ssenarilərə hazırlıqlıdır" deyə, söyləyib. Qeyd edək ki, ötən həftə Rusiya, İran və Suriya, Suriyadakı T-4 hərbi hava limanına qarşı keçirilən təcavüzü İsraili günahlandırmışdı. Yeddisi İranlı olmaqla, toplam 14 adam ölmüşdü. İrandan isə "Hücum qarşılıqsız qalmayacaq" açıqlaması gəlmişdi. Müxalifət.az