İsraildə səsvermə bitdi: Kim qalib gəldi, Netanyahu, yoxsa Gantz?

Baxış sayı:
6832

 İsraildə keçirilən erkən parlament seçkilərinin ilkin nəticələrinə görə, Binyamin Netanyahunun liderliyində Likud Partiyası və Benny Gantz rəhbərliyindəki Mavi-Ağ İttifaqı başa-baş gedir. Ekzit-poll-arın sorğularının açıqlanmasından sonra həm Netanyahu, həm də rəqibi Gantz seçkilərdə qalib gəldiklərini elan edib.
 
Ekzit-poll sorğularına görə, Gantz rəhbərliyindəki Mavi-Ağ hərəkatının 36 və ya 37 yer, Netanyahunun lideri olduğu Likud partiyasının isə  33 ilə 36 arasında parlamentdə yer alacağı qeyd olunub.
 
GANTZ: BİZ QALİB GƏLDİK
 
 Gantz, "Biz qalib gəldik. İsrail xalqı sözünü dedi. Minlərlə aktivistə və bir milyondan artıq seçiciyə təşəkkür edirəm. Bu seçkilərin açıq bir qalibi və açıq olanı var. Netanyahu 40 yer sözü verdi və itirdi" deyib.
 
NETANYAHU: AÇIQ BİR QƏLƏBƏ QAZANDIQ
 
 Netanyahu isə "Likud rəhbərliyindəki sağ qanad bloku açıq bir qələbə qazandı. İsrail vətəndaşlarına etimad etdiklərinə görə təşəkkür edirəm" deyə bildirib.
Müxalifət.az