İsraildə siyasi böhranı! Netanyahu üçün vaxt daralır

Baxış sayı:
8284

9 aprel 2019-cu ildə İsraildə keçirilən parlament seçkilərindən bir aydan artıq müddət keçsə də, hökumət hələ də qurulmayıb.
 
İsraildə yeni hökumətin qurulmasına məsul olan baş nazir Binyamin Netanyahu sağ yönlü partiyalarla qurmaq istədiyi hökumətin təklif etdiyi tələblərin qeyri-mümkün olduğu üçün prosesin yavaşladığı iddia edilib.
Netanyahu qurmağa çalışdıqları koalisiya hökumətində iştirak edəcək partiyaların mümkün olmayan tələblər etdiyindən şikayət edib. Netanyahu “Bir partiya 4 nazir postu istəyir bizdən. Ayrıca gücümüzü aşan büdcə istəyirlər” deyib.
Qeyd edək ki, Netanyahu yeni höküməti qurmaq üçün İsrail prezidenti Reuven Rivlin-dən əlavə 2 həftə istəmişdi və bu istək qəbul olunmuşdu. Bu müddət 29 mayda bitir. Əgər koalisiya hökuməti mayın 29-na qədər qurulmasa, İsraildə seçkiləri yenilənəcək.
Müxalifət.az