Israildə qarşıdurma - VİDEO

Efiyopadan olan gənclərlə yerli polis arasında toqquşma baş verib

İsrailin paytaxtı Tel-Avivin mərkəzində Efiyopadan olan gənclərlə yerli polis arasında toqquşma baş verib.
MSNBC telekanalı xəbər verir ki, toqquşmalarda yaralananlar var.
Efiyopiyalı gəncin polis tərəfindən saxlanılmasına qarşı olan etiraz aksiyasında minə yaxın efiyopiyalı iştirak edib. Aksiyaçılar polisi daş-qalaq edib, hiddətlənən polis isə daha da qəzəblənərək xüsusi avadanlıqlar olan gözyaşardıcı qaz və təzyiqli su ilə toplaşanları dağıtmağa çalışıb.
İlkin məlumata görə toqquşmalarda 30 nəfər xəsarət alıb ki, onlardan çoxunun polis olduğu qeyd edilir. Nümayişçilər polis avtomobilini çevirib, maşınların şüşələrini və vitrinləri sındıraraq xuliqanlıq ediblər.
Hazırda polis qarşıdurmalarda 3 nəfəri həbs edib.