İsraildə ortalıq qarışdı! 47 polis yaralandı

Baxış sayı:
5476

İsraildə Efiopiya əslli bir gəncin polis gülləsiylə öldürülməsinə etiraz etmək üçün təşkil edilən nümayişlərdə 47 polis yaralanıb.
 
Nümayişlərdə 60 nümayişçi də nəzarətə alınıb.
İsrailin şimalındakı Kiryat Haim şəhərində bazar günü xidmətdə olmayan bir polisin açdığı atəş nəticəsində Efiopiya əslli 19 yaşındakı İsrail vətəndaşı Solomon Tekahın həyatını itirməsi ölkə daxilində etirazlara səbəb olub.
Bir çox şəhərlərdə təşkil edilən nümayişlərdə etirazçılar ilə polis arasında zaman zaman toqquşma yaşanıb.
Nümayişlərin ən əhəmiyyətli ünvanlarından biri olan paytaxt Təl Əvivdə etirazçılar Azrieli Tower yaxınlarındakı bir əsas yolu bağlayıb.
Yola barrikada quran və rezin təkərlər yandıran nümayişçilər yoldan keçmək istəyən bəzi avtomobillərə hücum edib. Bəzi avtomobilləri də yandıran nümayişçilər, bağladıqları yollara səki daşlarını yığıb.
Nəticədə Təl Əvivdəki bağlanan yolda kilometrlərlə avtomobil sızlığı yaranıb.
İsrail polisindən edilən yazılı açıqlamaya görə, nümayişlərdə bu ana qədər 47 polis yaralanıb, 60 nümayişçi nəzarətə alınıb.
İsraildəki Efiopiya əslli Yəhudilərin sayı 140 mini keçir. 1984 və 1991-ci illərdə təxminən 80 min Efiopiyalı Yəhudi İsrailə köç etmişdi.
"Falaş" olaraq adlandırılan Efiopiyalı Yəhudilər keçən illərdə də İsraildə irqçilik və ayrı-seçkilikçiliyə məruz qaldıqları səbəbiylə nümayişlər təşkil etmişdi.
İsrail mətbuatına görə, 1997-dən bu yana polislə yaşanan toqquşmalar nəticəsində 11 Efiopiyalı həyatını itirib.
Müxalifət.az